Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatıb, dağlara qar yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. ETSN-in Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a bildirilib ki, sentyabrın 21-i gündüzdən sentyabrın 22-si səhərdək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub. Dağlıq ərazilərdə qar yağıb, bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib.
Şimal-qərb küləyi bəzi yerlərdə 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 24-38 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda isə 20-25 m/s , bəzi yerlərdə arabir 35-38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.6 metrə çatıb.
Eyni zamanda Astarada 33 mm, Lənkəranda 28 mm, Lerikdə 25 mm, Şahdağda 11 mm, Yardımlıda 9 mm, Şamaxıda 7 mm, Qusarda 5 mm, Xınalıq, Qubada 4 mm, əksər rayonlarda 0.0- 1.0 mm olub.
Qar örtüyünün hündürlüyü isə Şahdağda 3 sm, Xınalıq, Qırızda 1 sm qeydə alınıb.
Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, 23 -dən havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI











