Xəzərdə itkin düşən hərbi pilotumuzun "Miq-29"da GÖRÜNTÜLƏRİ – VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin təlimlərdən görüntüləri yayımlanıb. Ötən il Hərbi Hava Qüvvələrinin qırıcılarının təlimləri barədə Real TV reportaj hazırlamışdı. Həmin reportajda bu gün radardan itən "Miq-29" təyyarəsinin pilotu Rəşad Atakişiyev də uğurlu uçuş etmişdi.
Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Hazırda R.Atakişiyevin axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Polkovnik-leytenant Rəşad Atakişiyev hərbi hissə komandirinin müavini idi.
34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var.
Hazırda pilotun axtarışları davam etdirilir. Hadisə ilə bağlı Hərbi Prokurorluqda cinayət işi açılıb.
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











