Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA

Xəzər dənizində konteyner daşımalarının imkanlarının genişləndirilməsi istiqamətində yeni layihə həyata keçirilir. Bakı Gəmiqayırma Zavodunda hər biri 780 TEU tutumuna malik iki yeni nəsil konteyner gəmisinin tikintisinə başlanılıb. Yeni gəmilərin istismara verilməsi regionda yükdaşıma imkanlarının artırılmasına töhfə verə bilər.
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev məlumat verib.

Ekspertin sözlərinə görə, hazırda Xəzər dənizində fəaliyyət göstərən “Berkut” (Qartal), “Barıs” (Bəbir) və “Sünkar” (Şahin) gəmilərinin hər biri 350 TEU konteyner tutumuna malikdir. Yeni tikiləcək gəmilərin tutumu isə mövcud gəmilərlə müqayisədə 2,23 dəfə çox olacaq.
Layihə AZCON Holding və AD Ports Group arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Artıq ilk gəminin kilqoyma mərasimi keçirilib. Hər iki gəminin 2028-ci ilədək təhvil verilməsi nəzərdə tutulur.
Rauf Ağamirzəyev qeyd edib ki, yeni konteyner gəmilərinin inşası Orta Dəhlizin inkişafı, Xəzər dənizində yükdaşıma imkanlarının genişləndirilməsi və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, TEU konteyner daşımalarında istifadə olunan ölçü vahididir və 20 futluq standart konteynerə bərabərdir.
Eltac Zülfüqaroğlu
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO















