Xəzərdə qəzaya uğrayan təyyarə pilotunun qohumu: "Hələ də inana bilmirəm..."

İyulun 24-də Xəzər dənizində qəzaya uğrayan Azərbaycanın hərbi təyyarəsinin pilotu Rəşad Atakişiyev politoloq Qabil Hüseynlinin kürəkənidir. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Q.Hüseynli məlumat verib. Q.Hüseynli qeyd edib ki, R.Atakişiyev peşəkar pilotdur: “Hələ də inana bilmirəm ki, onun başına bu cür iş gəlib...”
O bildirib ki, pilotun axtarışı yüksək peşəkarlıqla aparılır.
Qeyd edək ki, 34 yaşlı R.Atakişiyevin iki oğlan övladı var.
Xatırladaq ki, İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Müdafiə nazirinin tapşırığına əsasən yaradılan komissiya qəzanın səbəblərinin araşdırılmasına başlayıb.
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











