Xəzərin səviyyəsinin azalması Bakı-Kurık və Bakı-Türkmənbaşı bərələrinə təsir edir - ASCO

Xəzər dənizində suyun səviyyəsinin azalması yükdaşımalara təsir göstərir.
Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Xəzər dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədr müavini Tariyel Mirzəyev Bakıda keçirilən "Orta Dəhliz: Xəzər dənizi vasitəsilə əlaqə" adlı dəyirmi masada bildirib.
"Son illərdə Xəzər dənizinin limanlarında və kanallarında suyun dərinliyinin azalmasının müşahidə olunur. Bu azalma bərələrin tam gücü ilə fəaliyyət göstərməsinə mane olur. Suyun dərinliyinin azalması Bakı limanı ilə Kurık limanı arasındakı marşrutda "Ro-Pax" tipli bərələrin buraxılış qabiliyyətini azaldıb", - T.Mirzəyev bildirib.
Onun sözlərinə görə, xüsusilə dəmir yolu sisternlərinin daşınması 22 %, vaqonların daşınması isə 10 % azalıb.
"Oxşar vəziyyət Türkmənbaşı limanında da yaranıb. Suyun dərinliyinin azalması Bakı-Türkmənbaşı marşrutunda "Ro-Pax" tipli bərələrin buraxılış qabiliyyətinin azalmasına səbəb olub. Bu istiqamətdə dəmir yolu sisternlərinin daşınması 37 %, vaqonların daşınması isə 19 % azalıb", - ASCO-nun sədr müavini vurğulayıb.
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












