Xıdırlıda drenaj sistemi düzgün qurulmayıb, ev su altında qalır – ŞİKAYƏT - VİDEO

Ağdam rayonunun Xıdırlı kəndinə köç edən vətəndaş yeni tikilmiş fərdi evində yaranan problemlə bağlı aidiyyəti qurumlara müraciət edib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən sakin dövlət tərəfindən yaradılan şərait nəticəsində yeni evə köçdüyünü bildirsə də, həyətdə və evin ətrafında drenaj sisteminin düzgün qurulmamasından şikayətlənib. Onun sözlərinə görə, yağışlı havalarda su bünövrəyə dolur, nəticədə evdə rütubət yaranır və tikiliyə ziyan dəyir.
Vətəndaş iddia edir ki, məsələ ilə bağlı Xıdırlı kəndi üzrə təyin olunmuş – Şünasib, Cəlil, Bəhruz, Ziya və Rafət adlı məsul şəxslərə dəfələrlə müraciət etsə də, indiyədək heç bir tədbir görülməyib.
Sakin qeyd edir ki, məsul şəxslərin laqeydliyi ucbatından dövlət vəsaiti hesabına inşa olunmuş ev suyun təsiri altında qalaraq zərər görür. O, problemin araşdırılması və drenaj sistemindəki nasazlığın qısa müddətdə aradan qaldırılması üçün aidiyyəti qurumlardan kömək istəyib.
Eltac Zülfüqaroğlu
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi












