Xırdabuynuzlu heyvanları oğurlayanlar saxlanılıb - Sabirabadda

Sabirabadda xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb. Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Regional qrupundan bildirilib.
Məlumata görə, noyabrın 6-da Sabirabadın Əlicanlı kənd sakini rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evinin tövləsindən ümumi dəyəri 1640 manat olan 13 baş xırdabuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayonun Yolçubəyli kənd sakini Atəş Hüseynov və Əlicanlı kənd sakini Mirkamal Səmidov saxlanılıb. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Oğurladıqları xirdabuynuzlu heyvanlar onlardan maddi sübut kimi götürülərək sahibinə təhvil verilib.
Faktla bağlı Sabirabad RPŞ-ın İstintaq bölməsində araşdırma aparılır.
Namiq
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA










