Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA

Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azaldılması üçün alternativ ictimai nəqliyyat imkanlarının genişləndirilməsi gündəmdədir. Xüsusilə şəhərətrafı qatarların sayının artırılması paytaxta gündəlik daxil olan avtomobillərin sayının azalmasına və yolların yükünün yüngülləşməsinə təsir göstərə bilər.
Avtosfer.az xəbər verir ki, Xırdalan–Biləcəri istiqamətində qatarların daha intensiv hərəkəti bu ərazidə yaşayan və hər gün Bakı istiqamətində hərəkət edən insanların seçimlərinə də təsir edə bilər. Bəs qatar reyslərinin artırılması şəxsi avtomobildən istifadənin azalması üçün kifayət edərmi? Şəhərətrafı dəmir yolu nəqliyyat yükünün nə qədərini üzərinə götürə bilər?
Mövzu ilə bağlı Milli Məclisin depuatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhərətrafı qatarların sayının artırılması Bakının nəqliyyat yükünün azaldılması baxımından kifayət qədər ciddi potensiala malikdir:

"Xüsusilə səhər və axşam pik saatlarında şəhərətrafı ərazilərdən paytaxta daxil olan avtomobillərin əhəmiyyətli hissəsi gündəlik iş və təhsil məqsədi daşıyır. Bu sərnişinlərin bir qisminin dəmir yoluna yönləndirilməsi Bakı yollarında nəqliyyat sıxlığının azalmasına, hərəkət sürətinin artmasına və ümumi nəqliyyat sisteminin daha səmərəli işləməsinə imkan verə bilər. Xırdalan–Biləcəri istiqamətində qatarların daha intensiv hərəkəti də bu baxımdan mühüm addım olar. Lakin təkcə qatarların sayını artırmaq şəxsi avtomobildən istifadənin kəskin azalması üçün tam kifayət etməyə bilər. Burada əsas məsələ sərnişinə rahat, sürətli, vaxt baxımından proqnozlaşdırılan və digər nəqliyyat vasitələri ilə inteqrasiya olunmuş alternativ təqdim etməkdir. Xırdalan və digər ətraf yaşayış məntəqələrindən dəmir yolu stansiyalarına rahat çıxış, parklanma imkanları və avtobus–qatar inteqrasiyası təmin olunarsa, avtomobildən imtina edənlərin sayı əhəmiyyətli dərəcədə arta bilər".
Deputat qeyd edib ki, ümumilikdə, Bakıda tıxac probleminin həlli üçün yalnız yeni yolların salınmasına deyil, ictimai nəqliyyatın, xüsusilə dəmir yolunun imkanlarının genişləndirilməsinə üstünlük verilməlidir:
"Şəhərətrafı qatarların intensivliyinin artırılması bu siyasətin mühüm istiqamətlərindən biri ola bilər. Ancaq bunun davamlı nəticə verməsi üçün qatarların hərəkət intervalı, stansiyaların əlçatanlığı, tarif siyasəti və digər ictimai nəqliyyat növləri ilə əlaqələndirmə kompleks şəkildə həyata keçirilməlidir".
Fatimə
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












