Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT

Xırdalanın nəqliyyat əlaqələrinin yenilənməsi vacibdir. Lakin yeni infrastruktur layihələri həyata keçirilərkən mövcud nəqliyyat əlaqələrinin qorunması və hərəkətə təsirin minimuma endirilməsi əsas prinsip olmalıdır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.
Ekspert bildirib ki, Xırdalanı M4 magistralından dəmir yolu xətti ayırır. Bu maneənin aradan qaldırılması məqsədilə dəmir yolunun altından üç tunelin tikintisi nəzərdə tutulur.
Tunellərdən biri ilə bağlı aparılan işlər 15 sentyabr 2025-cı il tarixindən Xırdalan–Sumqayıt dəmir yolu əlaqəsinin dayanmasına səbəb olub.
Digər iki tunelin tikintisi zamanı boru ekran (pipe roofing) texnologiyasından istifadə ediləcək və bu, dəmir yolu hərəkətinin dayandırılmasının qarşısını alacaq.
Ekspert vurğulayıb ki, yeni infrastrukturun yaradılması ilə yanaşı, layihələndirmə və tikinti prosesində mövcud nəqliyyat əlaqələrinin qorunması, alternativlərin əvvəlcədən hazırlanması və sərnişinlərə dəyən təsirin minimuma endirilməsi də nəzərə alınmalıdır.
Eltac Zülfüqaroğlu
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO













