Xızı polisi ağacəkmə aksiyasında iştirak edib - FOTO

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində Xızı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Xızı Rayon Polis Şöbəsinin əməkdaşları da fəal iştirak ediblər.
Nəcib tədbirdə zamanı polis şöbəsinin əməkdaşları rayonun iqlim şəraitinə uyğun və dözümlü, eləcə də dekorativ cəhətdən yaraşıqlı olan 100 ədəd Eldar şamları və zeytun ağacları əkiblər. Həmçinin tədbir keçirilən ərazidə alaq otlarını və tullantıları təmizləyən polislər, yeni əkilmiş ağaclara qulluq göstərərək, suvarma işləri aparıblar.
Qeyd edək ki, təbiətin mühafizəsi və bərpası istiqamətində görülən işlər çərçivəsində Xızı RPŞ-nin əməkdaşları hər zaman aktiv mövqe sərgiləyiblər. Belə ki, cari ilin oktyabr ayında da polislər tərəfindən rayon ərazisində 100 ədəd iqlim şəraitinə uyğun və dözümlü ağaclar əkilərək, aqrotexniki qaydada qulluq göstərilib.
Gültən
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO

















