"Xocavənd" tankeri təmirdən sonra istismara verilib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Nəqliyyat Donanmasına məxsus "Xocavənd" tankeri təmirdən sonra istismara verilib. Avtosfer.az xəbər verir ki, ASCO-dan "APA-Economics"ə verilən məlumata görə, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir çərçivəsində tankerin sualtı və suüstü hissələri təmizlənərək rənglənib. Gəminin baş və köməkçi mühərrikləri, nasosları təmir olunub. Bununla belə, baş mühərrikdə 1 ədəd dirsəkli val dəyişdirilib, bir ədəd köməkçi mühərrik yenisi ilə əvəzlənib. Məlumata əsasən, gəmi üzrə gövdə qaynaq, boru quraşdırma, avtomatika və elektrik quraşdırma, izolyasiya işləri yerinə yetirilib. Bundan başqa, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.
Təmirdən sonra tanker dəniz sınağından uğurla keçib və istismara qaytarılıb. "Xocavənd" gəmisi 2003-cü ildən Xəzər dənizində maye yük daşımalarına öz töhfəsini verir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











