Yağışdan sonra Ramanıda eyni vəziyyət yaranıb; qəsəbəni su basıb - VİDEO

Sabunçu rayonu Ramanı qəsəbəsində yağışdan sonra illərdir dəyişməyən problem yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, yağıntılı havalardan sonra qəsəbənin bir sıra küçələr su altında qalır. Toplanan yağış suları nəinki piyadaların hərəkətini çətinləşdirir, eyni zamanda ictimai nəqliyyatın işinə də ciddi maneə yaradır. Sakinlərin bildirdiyinə görə, bəzi hallarda avtobuslar və minik avtomobilləri sözün əsl mənasında suyun içindən keçməyə məcbur qalır, bu isə həm təhlükəsizlik, həm də nəqliyyat vasitələrinin texniki vəziyyəti baxımından risklidir.
Sakinlər deyir ki, bu mənzərə hər il eyni ssenari üzrə təkrarlanır. Güclü yağış yağır, sular çəkilmir və qəsəbənin müəyyən hissələri palçıq və durğun su ilə dolur. Nəticədə, küçələrdə hərəkət iflic olur, uşaqlar məktəbə, böyüklər isə işə getməkdə çətinlik çəkir.
Qutular boş qalıb, bina sakinləri zibili yerə atır – VƏTƏNDAŞ ŞİKAYƏTİ - VİDEO
Problemin əsas səbəbi kimi yağış sularının axıdılması üçün normal kanalizasiya sisteminin olmaması göstərilir. Qəsəbə sakinlərinin fikrincə, əgər yağış suları üçün ayrıca kanalizasiya xətləri mövcud olsaydı, bu sular yığılmadan birbaşa Xəzər dənizinə yönləndirilə bilərdi. Bu halda həm qəsəbə hər yağışdan sonra gölə çevrilməzdi, həm də illərdir müzakirə olunan Xəzər dənizinin səviyyəsinin azalması fonunda əlavə su axını təmin edilmiş olardı.
Məsələ ilə bağlı sakinlərin aidiyyəti qurumlara dəfələrlə müraciət etdiyi bildirilir. Lakin buna baxmayaraq, problemin köklü həlli istiqamətində ciddi addımlar atılmayıb. Yerli əhali hesab edir ki, yağış-kanalizasiya sisteminin qurulması təkcə Ramana Savxozu qəsəbəsi üçün deyil, ümumilikdə Bakı ətrafı yaşayış massivləri üçün vacib infrastruktur məsələsidir.
Sakinlər ümid edirlər ki, növbəti yağışlar yenidən eyni problemləri ortaya çıxarmadan əvvəl məsələ diqqətə alınacaq və illərdir davam edən bu çətinliyə nəhayət ki, son qoyulacaq.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












