Yanğının qarşısını vaxtında alındı

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, noyabrın 2-də axşam saatlarına Quba Rayon Polis Şöbəsinə rayonun Amsar kənd ərazisində yerləşən Oktay Hümmətova məxsus fermada yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisənin baş verdiyi əraziyə gediblər.
Baş verən yanğın hadisəsinə Quba Rayon Polis Şöbəsinin və FHN-nin əməkdaşları operativ şəkildə reaksiya verərək, alovların miqyasının artmaması üçün zəruri bütün tədbirləri həyata keçiriblər və nəticədə yanğının bir hissəsi tez bir zamanda söndürülüb. Hadisə zamanı sahibkara məxsus ümumi sahəsi 240 m2 olan saxlanc yerində saxlanılan 30 ton ot bağlamasının 10 tonu yanaraq məhv olub. 20 ton ot bağlaması isə RPŞ-nin və FHN-nin əməkdaşları tərəfindən mühafizə olunaraq başqa əraziyə daşınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti











