Yaponiyada 1,8 milyon dollarlıq brilyant oğurlanıb

Yaponiyanın Yokohama şəhərindəki qiymətli əşyalar sərgisindən bazar qiyməti təxminən 200 milyon ien (1,8 milyon dollar) olan brilyant oğurlanıb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi bildirib.
Polis bildirib ki, oğurluq anı qeydə alınmayıb və oğruların şəxsiyyəti məlum deyil.
Əlli karatlıq brilyant "Pasifiko Yokohama" sərgi mərkəzində zərgərlik ekspozisiyasında digər qiymətli əşyalarla birlikdə nümayiş etdirilib. Cümə axşamı sərgi bağlanarkən xidmətçi qiymətli daşın yoxa çıxdığını aşkarlayıb. Onun olduğu vitrin açıq imiş.
Polisin fikrincə, brilyant çox qısa müddətdə oğurlanıb. İstintaq güman edir ki, oğrular qrupla hərəkət ediblər və ola bilər ki, onların cinayət ortaqları nümayiş zalının heyəti arasındadır.
Xatırladaq ki, Tokioda əvvəlki qalmaqallı oğurluq hadisəsi 2015-ci ilin noyabrında baş verib. Həmin vaxt üç naməlum şəxs "Harry Winston" firmasının zərgərlik dükanına basqın edib. Onlar vitrinləri sındırıblar və qiyməti təxminən 1 milyon dollar olan ləl-cəvahiratı oğurlayıblar. Polis basqınçıların şəxsiyyətlərini müəyyən edib. Məlum olub ki, onlar Böyük Britaniya vətəndaşlarıdır. Şübhəli şəxslər beynəlxalq axtarışa verilib. Amma onları indiyə qədər tapmaq mümkün olmayıb.
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ
Köhnə şəkli paylaşıb qəza şousu yaradan Zaur Kamal nə istəyir? – Yalan xəbər imiş










