Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO

Yasamalda vətəndaş özbaşınalığı onun qonşularına baha başa gəlir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsində yeni tikilən göydələnlə onun paralelindəki tikilinin arasında şlaqbaum quraşdırılıb. Saytın qaynar xəttinə şikayət edən Yasamal sakini bildirir ki, quraşdırılan şlaqbaumla bağlı dəfələrlə müvafiq qurumlara şikayət etsə də, sonda yalnız Fövqəladə Hallar Nazirliyi məsələyə əl atıb. Hətta qurumun müraciəti əsasında 157 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən şlaqbaum yığışdırılıb. Lakin bir müddət sonra ərazidə yaşayan Rəşad Rüstəmov, Elşən Həsənov və digər sakinlər tərəfindən şlaqbaum yenidən quraşdırılıb.
Hətta may ayında yenidən quraşdırılan şlaqbaum üçün aidiyyəti qurumlara müraciət də edib. Buna baxmayaraq, hələ də hansısa qurum tərəfindən reaksiya verilməyib. Vətəndaş iddia edir ki, aidiyyəti qurumlardan birinin əməkdaşı ona şlaqbaumun heç vaxt sökülməyəcəyini də deyib.
Bununla yanaşı, şikayətçi qeyd edib ki, yaranmış vəziyyətlə bağlı hətta Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyinə də məktub ünvanlayıb. Buna baxmyaraq, hələ də icra başçısı vətəndaşı qəbul etməyib.
Səfər
.jpg)
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












