Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA

Şəhərdə piyadaların rahat hərəkət etməsi və təhlükəsizliyinin qorunması üçün səkilərin əlverişli olması vacibdir. Lakin bəzi ərazilərdə səkilərin dar olması, eləcə də piyadaların hərəkəti üçün kifayət qədər şəraitin yaradılmaması onların yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olur.
Bu isə həm piyadaların həyatı üçün təhlükə yaradır, həm də avtomobillərin hərəkəti zamanı riskləri artırır.
Paytaxtın Yasamal rayonu, Günəş Petrol yanacaqdoldurma məntəqəsindən aşağı istiqamətdə yerləşən ərazidə də səkilərin dar olması piyadaların rahat hərəkətinə mane olur. Belə ərazilərdə piyada infrastrukturunun yaxşılaşdırılması, səkilərin genişləndirilməsi və maneələrdən azad edilməsi təhlükəsizliyin təmin olunması baxımından vacibdir. Ərazidə piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzə Avtosfer.az-a açıqlamasında bildirib ki, səkilər yenidən transformasiya olunmalıdır:

"Şəhərin ən bahalı resursu torpaqdır və onun səmərəli istifadəsi yönündə qərarlar verilməlidir. Yolun oxundan yenidən bölünməlidir, zolaqlar hətta ensizləşdirilə də bilər və əsas hərəkət iştirakçısı piyadadır. Əgər piyadalar üçün səki yoxdursa, onlar mövcud infrastruktur daxilində xaotik hərəkət etməyə məcbur qalacaqlar. Bu halda piyadalar yolun hərəkət hissəsi ilə hərəkət etməli olacaqlar. Həm hərəkətdə olan avtomobillər, həm də öz həyatları üçün təhlükə yaradacaq. İnfrastruktur problemləri səbəbindən yanlış hərəkət vərdişlərinin yaranmasına gətirib çıxaracaq. İlkin olaraq infrastrukturumuzu təkmilləşdirməliyik və piyadanın önündə olan baryerlər aradan qaldırılmalıdır. Səkilər abad, rəvan və baryersiz olmalıdır. Məhəllə girişləri səki səviyyəsinə qaldırılmalı, yanacaqdoldurma məntəqələrinin ətrafında səki örtüyünün davamlılığı təmin olunmalıdır. Sürücülər giriş-çıxış zamanı piyadaların hərəkətini nəzərə almalı və sürəti azaltmağa məcbur olmalıdırlar.
Ona görə də düşünürəm ki, Bakıda və ölkə üzrə səkilərlə bağlı ciddi standartlar və qaydalar tətbiq olunmalı, səkilər maneələrdən azad edilməlidir. İnsanların qısa məsafələri rahat və təhlükəsiz şəkildə piyada qət etməsi üçün müvafiq şərait yaradılmalıdır".
Yasamal Rayon İcra Hakimiyyətindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir neçə il bundan əvvəl Yasamal yaşayış massivində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə Əsəd Əhmədov və Xiyabani küçələrinin yenidən qurulması işləri aparılmışdır:
"Günəş yanacaqdoldurma məntəqəsindən Bravo market istiqamətində Əsəd Əhmədov küçəsinin genişləndirilməsi və normal səkilərin qurulması üçün müəyyən sayda evlərin və həyətlərin sökülməsi zərurəti yaranmışdır.
Ölçü və inventarlaşdırma işləri aparılmış, aidiyyəti dövlət orqanlarına məlumat verilmiş, lakin tələb olunan vəsaitin ayrılması məsələsi həllini tapmamışdır. Ona görə də həmin hissədə küçə mövcud vəziyyətində saxlanılaraq təmir edilmişdir".
Züleyxa
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












