Yaşlı əhalinin sosial təminatı sahəsində hansı problemlər var? – SOSİOLOQ AÇIQLADI

Azərbaycanda yaşlı əhalinin sosial təminatı ilə bağlı məsələlər son dövrlərdə yenidən gündəmə gəlib. Bu istiqamətdə mövcud vəziyyət və sosial dəstək mexanizmlərinin təkmilləşdirilməsi ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.Məsələ xüsusilə pensiya təminatı, səhiyyə xidmətlərinə çıxış və sosial xidmətlərin əlçatanlığı kontekstində daha çox diqqət çəkir.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, dövlətin sosial siyasəti ümumiyyətlə digər sosial fəaliyyət istiqamətləri ilə yanaşı əsas prioritetlərdən biridir. Bu, sosial müdafiənin əsas hədəfi olaraq qalır və təbii ki, sosial müdafiə özü sosial siyasətin dörd mühüm istiqaməti sırasında ön sırada dayanır.

“Yəni, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, eləcə də bu istiqamətdə sosial himayə tədbirlərinin artırılması, müxtəlif təbəqələri, o cümlədən yaşlı nəsillə bağlı həyata keçirilən siyasət ilk növbədə ayrı-ayrı qruplara görə insanların məmnunluğunu, rifahını və müəyyən mənada uzunömürlülüyünü əhəmiyyətli şəkildə təmin etməlidir. Digər tərəfdən, aydın məsələdir ki, əhali yaşlandıqca müəyyən bir qisminin yaşlanma ilə bağlı problemləri, çətinlikləri, qayğıları və səhiyyə xidmətlərinə ehtiyacı artır. Dövlət də buna uyğun olaraq müvafiq icbari sığorta tətbiq edir və icbari sığorta bir tərəfdən müsbət rol oynayır. Yəni dövlət insanların tibbi və sosial vəziyyətlə bağlı çətinliklərini qarşılayır və əhəmiyyətli dərəcədə bir sıra müalicələr icbari sığorta çərçivəsində həll olunur. Digər tərəfdən isə icbari tibbi sığorta sosial təminat sisteminin mühüm hissəsidir. Vacib məqamlardan biri də pensiya sisteminin nə dərəcədə təminedici olması faktorudur. Yəni, təbii ki, minimum tələbatı ödəmək üçün yaşa görə vətəndaşlara pensiya verilir. Bundan əlavə, əmək pensiyası deyilən və daha çox əmək stajına əsaslanan xüsusi kateqoriya mövcuddur ki, onun təmin edilməsi yolları və mexanizmləri istiqamətində daha çox düşünmək lazım gəlir. Məsələn, bir dəfə də qeyd etmişdim, yenə təkrar edirəm ki, bu, geniş müzakirələrə səbəb olan bir təklifdir və hər kəs üçün fərdi pensiya hesabında kapitalın artırılması imkanı əlçatan olmalıdır. Yəni, hər kəs öz fərdi pensiya kapitalını istənilən vaxt və istənilən mərhələdə artıra bilməlidir. İkinci bir məqam isə budur ki, bu kapitalın formalaşmasında vətəndaşların və yaxın qohumların da iştirakı təmin edilməli, müvafiq şəkildə kapitalın artırılması imkanı genişləndirilməlidir. Bu yanaşma həm vətəndaşın pensiya kapitalının daha tez formalaşmasına, həm də onun uzunmüddətli perspektivdə həyat keyfiyyətinin yaxşılaşmasına səbəb ola bilər. Eyni zamanda insanların kapital toplamağa marağını da artıra bilər. Hazırkı mexanizm ümumilikdə müəyyən çərçivədə işləkdir və hər kəs üçün müəyyən baza təmin edir. Lakin reallıqda pensiya məbləğləri bir çox hallarda insanların gündəlik ehtiyacları ilə müqayisədə aşağı görünür. Təəssüf ki, bir çox sahələrdə biz Avropa və Qərb ölkələrinin standartlarını qiymətləndirmə baxımından müqayisə etsək də, gəlir səviyyələri ilə müqayisə aparmaq çətin olur. Bu baxımdan daxili bazarda qiymətlərin və gəlirlərin uyğunlaşdırılması vacib məsələlərdən biridir. Sosial xidmətlərə gəldikdə isə ümumilikdə onların əlçatanlığı, müxtəlifliyi və praktikliyi təmin olunmalıdır. Bu xidmətlər sosial iş, sosial yardım, güzəştli sosial ipoteka və sosial sahibkarlıq kimi istiqamətləri də əhatə etməlidir. Bu sahədə müəyyən addımlar və konseptual yanaşmalar mövcuddur, lakin beynəlxalq təcrübə ilə müqayisədə hələ də inkişaf etdirilməli istiqamətlər var. Bəzi nümunəvi layihələr mövcud olsa da, ümumilikdə sosial xidmətlərə olan ehtiyac tam şəkildə ödənilmiş hesab olunmur. Nəticə etibarilə, iqtisadi rifah sosial xidmətlərlə paralel inkişaf etməlidir. İqtisadi rifah nə qədər yüksək olarsa, sosial xidmətlərin səviyyəsi və keyfiyyəti də bir o qədər yüksələ bilər”.
Fatimə Dadaşova
“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur? - VİDEO
“AccessBank” müştərilərini saxta faiz başlıqları ilə aldadır? - İDDİA
Zelenskinin Qafqaza səfəri Rusiyanı niyə narahat edir? - POLİTOLOQ
Bakının bu küçəsi bağlı olacaq - Sürücülərin nəzərinə! - FOTO
Ermənistan-Türkiyə sərhədinin açarı Azərbaycandadır
Qapısının ağzında maşın saxlayanlar cərimələnir? – AÇIQLAMA
Paytaxtın 19 küçəsində sıxlıq var - SİYAHI
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ








