Yaşlı qadının evini ələ keçirən keçmiş polisin cəzası azaldılıb

Bakı Apelyasiya Məhkəməsində qadına qarşı dələduzluqda təqsirləndirilən keçmiş polis əməkdaşı Vasif Orucovun barəsindəki hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslə V.Orucov arasında barışıq əldə olunduğu bildirilib. Müşavirədən sonra hakim qərarı elan edib. Qərara əsasən, V.Orucovun cəzası 6 ildən 2 ilə salınıb.
Qeyd edək ki, V.Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətə azadlıqdan məhrum edimişdi. O, Bakı şəhər sakini Nera Larsinaya qarşı dələduzluq etməkdə təqsirli bilinib. İttiham aktına əsasən, o, sahə müvəkkili vəzifəsində çalışan zaman yaşlı qadının 80 min manat dəyərində olan evini dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra N.Larsinanın hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan V.Orucovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO










