Yaxın Şərqdə münaqişə aclığa səbəb ola bilər - BMT

Yaxın Şərqdə münaqişənin dünyada aclıq böhranına səbəb olacağı ilə bağlı bədbin proqnozlar getdikcə reallığa çevrilir. Enerji daşıyıcılarının qiymətləri artır, ərzaq təchizatı zəncirləri pozulmağa davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının son hesabatında vəziyyətin ciddiliyinə diqqət yönəldilir.
Avtosfer.az xəbər verir ki, Yaxın Şərqdə böhranın dərinləşməsi səbəbindən milyonlarla insanın aclığa sürüklənə biləcəyi ilə bağlı xəbərdarlıqdan 3 ay sonra BMT-nin Ümumdünya Ərzaq Proqramı yeni hesabat yayıb. Son təhlillər göstərir ki, münaqişənin fəsadları artıq ən həssas ölkələrə öz dərin və uzunmüddətli təsirini göstərir. Hörmüz boğazının bağlı olması ilkin tələbat mallarının qiymətinin kəskin artımına gətirib çıxarır. Bu da getdikcə daha çox insanı aclıq riski ilə üz-üzə qoyur.
Martda Ümumdünya Ərzaq Proqramı proqnozlaşdırmışdı ki, əgər münaqişə davam etsə, 45 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşə bilər. Bu ssenari yavaş-yavaş reallaşmağa başlayır.
Qurumun yeni hesabatında deyilir ki, Somalidə əlavə olaraq 2 milyon 500 min, Şri-Lankada 1 milyon 300 min, Əfqanıstanda isə 2 milyon 300 min nəfər əsas qida ehtiyaclarını qarşılamaqda çətinlik çəkir, bəzi hallarda kəskin aclığa məruz qalır.
Ümumdünya Ərzaq Proqramının rəsmi nümayəndəsi Jan-Martin Bauer bildirib: “Qlobal miqyasda bizi həqiqətən də narahat edən odur ki, bu böhran sabitliyə təsir göstərir. Bilirik ki, ərzaq məhsullarının qiymətləri ilə bağlı hədlər var ki, bu hədd keçildikdə zorakılıq və qeyri-sabitlik riski ciddi şəkildə artır. Biz 2007-ci ildə bunun şahidi olduq. 30-dan çox ölkədə qiyamlar oldu. Biz 2011-ci ildə Ərəb baharında bunu müşahidə etdik, 2022-ci ildə ərzaq qiymətlərinin kəskin şəkildə artmasının və ciddi qeyri-sabitliyin şahidi olduq”.
Ümumdünya Ərzaq Proqramının ekspertlərinin fikrincə, son təhlillər onu göstərir ki, yaxın zamanda bu problemlərdən bəziləri təkrarlana və bu, bütün dünyada geosiyasi sabitlik üçün daha ciddi risk törədə bilər.
Vüqar
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












