Yaxın Şərqdəki müharibə Azərbaycanda radiasiya riski yaradır? - RƏSMİ AÇIQLAMA

"İran - ABŞ/İsrail qarşıdurması fonunda Azərbaycanın sərhədyanı rayonlarında nüvə sızıntısı ilə bağlı daimi şəkildə monitorinq aparılır". Avtosfer.az xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Radioekologiya laboratoriyasının rəhbəri Famil Hümbətov deyib.
O, mümkün sızıntı riski barədə danışarkən xatırladıb ki, İran-İsrail arasındakı 12 günlük müharibə zamanı belə hadisə baş verməyib:
"Sızıntı nüvə reaktorları sıradan çıxarıldığı zaman baş verir. İranda da reaktorlar şəhər atom elektrik stansiyalarında yerləşir. Hazırkı mərhələdə də sözügedən obyektlər ya vurulmayıb, ya da ciddi zədə görməyib. 12 günlük müharibə zamanı Natanz və Fordon nüvə obyektləri vurulmuşdu. Lakin nüvə yanacaqları hadisə baş verən ana qədər sözügedən obyektlərdən çıxarılmışdı. Bundan başqa, tədqiqatlar onlarla metr dərinlikdə aparılır. Ora zərbələr endirilsə də, radiasiya yerin səthinə çıxaraq təhlükə yaratmır. İndi də şəhər atom elektrik stansiyalarında reaktorlar var və onlara toxunulmayıb".
F.Hümbətov əlavə edib ki, hazırda müvafiq laboratoriya və institut tərəfindən monitorinqlər aparılır və ölkə ərazisində təhlükəli vəziyyət müşahidə olunmayıb:
"Ölkə ərazisində radiasiya fonunun normadan artıq olduğu qeydə alınmayıb. Qeyd etdiyim kimi, sızıntının baş verməsi üçün sözügedən obyektlər vurulmalıdır. Düzdür, sosial şəbəkələrdə bununla bağlı məlumatlar yayılırdı. Ola bilsin, hansısa gizli obyekt vurulub, bu barədə dəqiq məlumat yoxdur. Lakin risk yaranarsa, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həyəcan siqnalı verər və müvafiq addımlar atar".
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Azərbaycan nefti bahalaşdı; qiymət artını nə vaxta qədər davam edəcək? – Ekspert AÇIQLADI
Rusiya və Çin İrana müharibədə niyə dəstək vermir? – Politoloq səbəbləri AÇIQLADI
Maşını vağzalın önünə park edənlərə görə sürücülər 4 saatdır gözləyir - VİDEO
Azərbaycanda nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edilib
Bakıda sahibsiz itlər sakinləri qorxu içində saxlayır – Tədbir görən yoxdur - VİDEO
Bakı Vaqon Təmiri Zavodu Azərbaycan üçün hansı əhəmiyyətə malik idi? – Ekspert AÇIQLADI
Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - FOTO - VİDEO
Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək
"TikTok"dakı qeyri-etik paylaşımlara görə həbs edildilər
Ramazan ayının on dördüncü gününün duası - İmsak və iftar vaxtı
Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO










