Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI

Fevralın 28-dən etibarən Yaxın Şərqin ABŞ ilə münasibətləri qaydasına düşməyən son ölkələrdən biri İrana hücum edildi. Hücumun iştirakçıları isə ABş və İsrailin birləşmiş qüvvələri idi. Bunu artıq beynəlxalq ictimaiyyət də başa düşür ki, İsrail İranla ötən il baş tutan 12 günlük münaqişə zamanı bu ölkənin ordusu ilə bacarmayacağını anladı. Bu səbəbdən də ABŞ-ni İranla masadan qaldırıb müharibəyə sürüklədi. Bunu ABŞ-nin dövlət katibi Marko Rubio da jurnalistlərə açıqlamasında bildirdi.
Yerli ictimaiyyəti maraqlandıran əsas məsələ isə tamamilə başqadır. Görəsən bu müharibə Cənubi Qafqaz regionuna necə təsir edəcək? Digər tərəfdən müharibə son anda region ölkələrində qütbləşməyə gətirib çıxaracaqmı?
Mövzu ilə bağlı Avtosfer.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Trampın açıqlamasından belə məlum oldu ki, ABŞ-nin niyyəti çox da İrandakı indiki rejimi dəyişmək deyil.

“Mən elə düşünürəm ki, ABŞ daha çox İranda Ali dini rəhbər seçkisinə müdaxilə etmək üçün bu yola əl atıb və yəni əməliyyatları hal-hazırda davam elətdirir. İndi təbii ki, ABŞ-nin endirdiyi zərbə ilə Xameneinin öldürüldüyü bildirilir, ancaq bütün bunlara rəğmən ABŞ yeni liderin bu əməliyyatlar şəraitində seçilməsi istəyir.
Yəni, burada ABŞ-nin rəyinin də nəzərə alınmasını əsas götürür. Biz Trampın son zamanlar verdiyi açıqlamalara diqqətlə baxdıqda, əsas niyyətin məhz yeni rəhbərin üzərində fokuslandığını görərik. Yəni hətta namizədlərinin də olduğu bildirib.
Böyük ehtimallə, Tehran və Vaşinqton arasında bir rabitə mövcuddur, ABŞ-nin İranla əlaqədə olan adamları rəhbər vəzifəsi üçün namizədlərin adlarını İrana ötürür. “Fox News” bir neçə şəxsin adını da açıqlamışdı ki, bunlar, məsələn, keçmiş prezidentlər Məhəmməd Xatəmi və Həsəni Ruhani, hansı ki onlar dindardır, Ali dini rəhbəri seçilə bilərlər.
Bəs bu proses Cənubi Qafqaza təsir edəcəkmi? Təbii ki, bunun iqtisadi sosial təsirləri çox olacaq. Çünki müharibə çox yaxın regionda baş verir və ümumi Cənubi Qafqaza bunun təsirləri olacaq. Ancaq bu, Cənubi Qafqazı qütübləşməyə gətirib çıxarmayacaq. Çünki Cənubi Qafqazın hər üç ölkəsində bir oturuşmuş sistem var və biz hal-hazırda davam edən müharibənin, yəni burada həm Azərbaycanda, həm Gürcüstanda, həm də Ermənistanda hansısa bir sosial-siyasi təsirlənim olduğunu müşahidə etmirik. İqtisadi təsirlər ola bilər. Əsasda bu regiona, təbii ki, İrana yaxın olan ölkələrə iqtisadi təsirlər olacaq”.
Səfər
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












