Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edildi - FOTOLAR

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib.
Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub.
Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 85 nəfər həlak olub.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.




İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












