Yediyimiz çörək belə daşınır - VİDEO

Üstü açıq yük avtomobilində natəmiz vəziyyətdə daşınır. İddia olunur ki, bu çörəklər satılması üçün mağazalara aparılır.
Avtosfer.az məlumat verir ki, görüntülər Surxanı rayonu Hövsan qəsəbəsi istiqamətinə gedən yolda qeydə alınıb. Sürücü iddia edir ki, 10 LD 432 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan çörəklər yeni olub və mağazalara satılması üçün aparılıb.
Vətəndaşlar da bildirirlər ki, paytaxt ərazisində bu kimi hallara tez-tez rast gəlinir.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Ramazan Nəbiyevin sözlərinə görə, çörək məhsullarının üstüaçıq avtomobillərdə daşınması ümumiyyətlə yolverilməzdir. Çörəkdaşıma qaydaları bununla da bitmir.
Ümumilikdə bu kimi hallarla qarşılaşan vətəndaşlara Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə zəng vurub şikayət etmələri tövsiyyə olunur. Ekspertlər isə deyirlər ki, belə vəziyyətdə yük avtomobilinin sürücüsü Yol Hərəkəti Haqqında qanunun 323.1-ci maddəsini də pozub. Bu maddənin pozulmasına görə isə sürücünü 40-50 manat cərimə gözləyir.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












