Yeni avtobuslar gəlir: köhnələr xətdən çıxarılmayacaq - AÇIQLAMA

"Ölkə başçısının 8 avqust 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət baxımından qabaqcıl dünya standartlarına bərabərləşdirilməsi, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz istifadəsinin yaradılması üçün avtobus parkının yenilənməsi ilə son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınıb. Həmin avtobusların Bakı şəhərinə gətirilməsi müəyyən mərhələlər əsasında həyata keçirilir. Artıq bu işin başa çatdırılmasının son mərhələsindəyik. Qarşıdakı ayda bu proses tamamilə yekunlaşacaq”.
Avtosfer.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, yeni gətiriləcək avtobuslar "Baku Bus” MMC-yə məxsus komfortlu, rahat şəraiti olan ictimai nəqliyyatlardır: "Növbəti il üçün nə qədər avtobusa ehtiyac olduğu öyrənilir. Say müəyyənləşdikdən sonra müvafiq tədbirlər görüləcək”.
Mais Ağayev yeni avtobusların bəzi köhnə avtobusları hərəkətdən kənarlaşdırmayacağını deyib: "İstifadəyə yararlı, texniki cəhətdən nasaz olmayan, qoyulan tələblərə cavab verən avtobuslar xətdə fəaliyyətini davam etdirəcək. Sərnişindaşımaya uyğun olmayan, yararsız, istismar müddətini başa vurmuş avtobuslar isə xətdən çıxarılacaq. Vətəndaşlarımızı hansı xətlər üzrə avtobuslar narahat edirsə, o xətlər üzrə yenilənmə olacaq”.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











