Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində aparılan asfaltlama işləri ilə bağlı narazılıq yaranıb.
Avtosfer.az xəbər verir ki, sakinlər qəsəbədə həyata keçirilən asfaltlama işlərinin ərazinin yalnız müəyyən hissəsini əhatə etdiyini bildirirlər.
Sakinlərin sözlərinə görə, son günlər Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Yeni Günəşlidə aparılan asfaltlama işləri ilə bağlı məlumatlar və paylaşımlar yayılsa da, qəsəbənin bəzi əsas hissələrində yolların problemi hələ də qalmaqdadır.
Xüsusilə V massivi və AB massivinin böyük hissəsində asfalt örtüyünün yenilənmədiyi bildirilir. Sakinlər hesab edirlər ki, ərazidə asfaltlama işləri daha geniş ərazini əhatə etməli və əsas yol problemləri də aradan qaldırılmalıdır.
Məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edən vətəndaşlardan biri görülən işləri “yarımçıq” adlandıraraq narazılığını ifadə edib.
Paylaşımda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əvvəlcə ərazidə daha geniş asfaltlama işlərinin aparılmasını planlaşdırdığı, lakin sonradan işlərin yalnız müəyyən hissədə həyata keçirildiyi iddia olunur.
Vətəndaş asfaltlama işlərinin hansı ərazini əhatə etdiyinin və digər hissələrdə yolların nə zaman yenilənəcəyinin açıqlanmasını istəyib.
Qeyd edək ki, Yeni Günəşlidə yolların vəziyyəti ilə bağlı sakinlərin narazılığı əvvəllər də gündəmə gəlib. Ərazidə asfalt örtüyünün yenilənməsi ilə yanaşı, küçə və məhəllə yollarının kompleks şəkildə təmir olunması məsələsi də aktual olaraq qalır.
Eltac Zülfüqaroğlu
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












