Yeni kompensasiya mexanizmi ixracı canlandıracaq? – ŞƏRH

İxracatçılar üçün daşınma xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi qərarı logistika sektorunda da diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, yeni dəstək mexanizmi qeyri-neft məhsullarının xarici bazarlara çıxışını asanlaşdırmağı hədəfləyir.
Bəs bu qərar yükdaşıma bazarına, logistika şirkətlərinin fəaliyyətinə və ixrac prosesinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı iqtisadçi Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, azərbaycanın coğrafi mövqeyi ölkənin iqtisadi potensialının tam reallaşdırılmasında müəyyən çətinliklər yaradır:

"Ən böyük problemlərdən biri Azərbaycanın dünya okeanına birbaşa çıxışının olmamasıdır. Dünya okeanına çıxışı olan ölkələr xarici ticarətdə daha əlverişli imkanlara malik olurlar. Çünki belə ölkələr yüklərini başqa dövlətlərin ərazisindən keçirmədən beynəlxalq sularda sərbəst şəkildə təyinat nöqtəsinə çatdıra bilirlər. Azərbaycan isə məhsullarını ixrac edərkən bir neçə ölkənin ərazisindən keçməyə məcbur olur. Bu isə əlavə rüsumlar, tranzit ödənişləri, sərhəddə gözləmə vaxtı və digər logistika xərclərinin yaranmasına səbəb olur. Ümumiyyətlə, daşımalar arasında ən sərfəlisi dəniz nəqliyyatıdır. Dəmir yolu, daha sonra avtomobil nəqliyyatı gəlir. Ən bahalı yükdaşıma növü isə hava nəqliyyatıdır.
Azərbaycanın qeyri-neft ixracına nəzər saldıqda görürük ki, əsas bazarlar MDB ölkələridir. Bunun əsas səbəblərindən biri də həmin istiqamətlərdə dəmir yolu əlaqələrinin mövcud olmasıdır. Daha uzaq bazarlara çıxış isə logistika baxımından əlavə çətinliklər yaradır".
İqtisadçı qeyd edib ki, digər tərəfdən, ölkədə istehsal olunan məhsulların böyük hissəsinin xammalı və komponentləri xaricdən idxal olunur:
"Bu zaman əvvəlcə idxal üçün logistika xərci yaranır, məhsul ixrac edilərkən isə ikinci dəfə daşınma xərci hesablanır. Nəticədə məhsulun maya dəyəri artır və rəqabət qabiliyyəti zəifləyir. Buna görə də logistika xərcləri ixracyönümlü iqtisadiyyatın inkişafına mane olan əsas amillərdən biridir. Məhz bu baxımdan, ixrac zamanı logistika xərclərinin 70 faizinin dövlət tərəfindən kompensasiya olunması çox mühüm qərardır. Bu addım ixracın stimullaşdırılması və sahibkarların yeni bazarlara çıxışının asanlaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Qərarın tətbiqi üçün üç aylıq müddətdə müvafiq qaydalar, məhsul siyahıları və mexanizmlər hazırlanacaq. Bununla yanaşı, ixrac prosesinin özü də vaxt tələb edir. Sahibkarın bazar araşdırması aparması, tərəfdaş tapması və müqavilələrin bağlanması aylarla davam edən prosesdir. Bu səbəbdən qərarın real nəticələrinin əsasən 2027-ci ildən etibarən daha aydın görünəcəyi gözlənilir. Həmin dövrdən etibarən yeni ixrac bazarlarının açılması və ixrac olunan məhsulların çeşidinin artması mümkündür. Bu, ölkədə qeyri-neft ixracının inkişafı istiqamətində atılmış mühüm stimullaşdırıcı addımlardan biridir".
Fatimə
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










