Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA

Yeni tikilən 81,7 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, qərara əsasən, ödənişin məbləğinin müəyyən edilməsi ilə bağlı tapşırıqlar da verilib. Belə ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası avtomobil yolunun dərəcəsini nəzərə almaqla nəqliyyat vasitələrinin gedişi üçün ödəniş məbləğini təsdiq etməlidir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə isə bu qərardan irəli gələn məsələlərin həlli tapşırılıb.
Tarif (qiymət) Şurasından bildirilib ki, ödəniş məbləği Agentliyin təklifləri təqdim edildikdən sonra müzakirə edilərək müəyyən olunacaq.
Qeyd edək ki, qərar aprelin 1-dən qüvvəyə minib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












