Yeni qərardan sonra bağçalardakı yelləncək və sürüşkənlər söküləcək? – RƏSMİ AÇIQLAMA

Nazirlər Kabineti tərəfindən “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament”in təsdiq edilməsi uşaqlar üçün nəzərdə tutulan oyuncaqların təhlükəsizliyinə dair tələbləri yenidən gündəmə gətirib. Yeni qaydaların tətbiqi məktəbəqədər təhsil müəssisələrində istifadə olunan oyuncaqların və digər inventarların təhlükəsizliyi ilə bağlı da suallar yaradıb.
Avtosfer.az xəbər verir ki, Reqlamentin 4.1-ci bəndinə əsasən, oyuncaqların müəyyən edilmiş tələblərə uyğunluğu müvafiq istinad standartları və ya texniki şərtlərlə təsdiqlənə bilər. Bəs yeni qaydalar uşaq bağçalarında və məktəbəqədər təhsil müəssisələrində istifadə olunan oyuncaqlara, eləcə də inventar bazasına şamil ediləcəkmi?
Mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) mətbuat xidmətinin rəhbəri Azər Teymurlu Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 oktyabr 2026-cı il tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” oyuncaqların təhlükəsizliyinə dair tələbləri müəyyən edir:
"Reqlamentin tələbləri onun əhatə dairəsinə daxil olan, 14 yaşadək uşaqlar üçün nəzərdə tutulmuş oyuncaqlara şamil edilir. Bu baxımdan, məktəbəqədər təhsil müəssisələrində və məktəbəqədər hazırlıq qruplarında istifadə olunan oyuncaqların da müvafiq tələblərə uyğunluğu nəzərə alınmalıdır. Qərar bağçaların həyətindəki yelləncəklərin və uşaq meydançaları üçün nəzərdə tutulmuş digər avadanlıqların sökülməsini tələb etmir. Texniki Reqlamentin 1 nömrəli əlavəsində uşaq meydançaları üçün avadanlıqlar bu sənədin əhatə dairəsinə daxil olmayan məhsullar sırasında göstərilib. Bununla belə, həmin avadanlıqların təhlükəsiz istismarına dair digər müvafiq tələblərə əməl olunması vacibdir".
Fatimə
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












