Yeni tədris ilinə sayılı günlər qalıb: Bakı Qızlar Universitetinin tələbələri harada oxuyacaqlarını BİLMİRLƏR

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb.
Avtosfer.az xəbər verir ki, rəsmi qurumlar tərəfindən bir müddət əvvəl universitetin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin digər özəl ali təhsil müəssisələrinə köçürülməsinin planlaşdırıldığı açıqlanıb.
Qeyd edək ki, hazırda təhsillərini davam etdirəcək 1568 tələbə köçürülmə ilə bağlı qərarı gözləyir. Onlardan 1513-ü bakalavriat səviyyəsində 11 ixtisas, 55-i isə magistratura səviyyəsində 2 ixtisas üzrə təhsil alıb.
Lakin yeni tədris ilinin başlamasına təxminən bir ay qalmasına baxmayaraq, tələbələrə köçürüləcəkləri universitetlərlə bağlı hələ də məlumat verilməyib. Bu isə tələbələr arasında narazılığa səbəb olub.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərdik.
Nazirlikdən Azxeber.com-a bildirilib ki, məsələ hazırda icradadır:
"Mövzu ilə bağlı yeni məlumat olduğu zaman ictimaiyyətlə dərhal bölüşüləcək”.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












