Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT

Tbilisinin ətrafında formalaşdırılan yeni dolama yol Orta Dəhlizin avtomobil daşımaları komponentinin inkişafı baxımından mühüm layihəyə çevrilə bilər. Yeni infrastrukturun yaradılması tranzit yük avtomobillərinin şəhər daxilinə daxil olmadan hərəkətinə imkan verəcək alternativ marşrutun formalaşmasına şərait yaradacaq.
Avtosfer.az xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib.

Onun sözlərinə görə, Tbilisi yaxınlığında Tsitsamuri–Avçala yol hissəsinin tikintisi ilə bağlı Çinin “China Railway Tunnel Group Co.” şirkəti ilə 499,15 milyon lari dəyərində müqavilə imzalanıb. Layihənin 36 ay ərzində tamamlanması nəzərdə tutulur.
Layihə çərçivəsində uzunluğu 7,3 kilometr olan 4 zolaqlı yol inşa ediləcək. Yolun əsas hissəsini hər birinin uzunluğu təxminən 3,4 kilometr olan iki paralel tunel təşkil edəcək. Layihə üzrə hərəkət sürətinin 80 km/saat olması nəzərdə tutulur.
Rauf Ağamirzəyev qeyd edib ki, layihənin əhəmiyyəti yalnız yeni yol və tunellərin tikintisi ilə məhdudlaşmır. Tsitsamuri–Avçala hissəsi daha böyük Tbilisi dolama yolunun bir hissəsidir. Növbəti mərhələdə Avçala–Hava limanı istiqamətində 22,5 kilometrlik yol hissəsinin inşası planlaşdırılır.
Bu layihələrin ardıcıl şəkildə həyata keçirilməsi nəticəsində tranzit yük avtomobillərinin Tbilisinin şəhər küçələrinə daxil olmadan hərəkət edə biləcəyi alternativ marşrut formalaşa bilər. Bu isə tranzit yükdaşımalarının şəhər nəqliyyatından ayrılmasına, marşrut üzrə hərəkət vaxtının və qeyri-müəyyənliyin azalmasına, Tbilisidə tıxac və yol təhlükəsizliyi ilə bağlı təzyiqin aşağı düşməsinə imkan verə bilər.
Ekspertin fikrincə, yeni yol infrastrukturu Azərbaycan–Gürcüstan–Türkiyə istiqamətində avtomobil daşımalarının etibarlılığının artırılması və gələcəkdə yüksələcək tranzit həcmləri üçün əlavə yol tutumunun yaradılması baxımından da əhəmiyyətlidir.
Burada əsas məsələ ayrı-ayrı yol hissələrinin inşası deyil, bütöv tranzit marşrutunun yaradılmasıdır. Tsitsamuri–Avçala hissəsinin tikintisi təkbaşına problemi tam həll etmir. Avçala–Hava limanı və digər hissələr də tamamlandıqdan sonra Tbilisinin ətrafında fasiləsiz tranzit dəhlizinin formalaşdırılması mümkün olacaq.
“Ümumilikdə, söhbət təxminən 1,4 milyard lari dəyərində iki böyük layihədən gedir. Orta Dəhliz yalnız dəmir yolundan ibarət deyil. Dəhlizin rəqabət qabiliyyəti dəmir yolu, avtomobil, dəniz və logistika infrastrukturunun birlikdə inkişafından asılıdır. Gürcüstanda Tbilisinin tranzit funksiyasını gücləndirən bu layihə də həmin kompleks yanaşmanın bir hissəsidir”, – deyə ekspert bildirib.
Eltac Zülfüqaroğlu
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO













