Yeniyetmənin ölümünə görə "Lexus" sürücüsünə ittiham verilib

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rizvan Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Fəqan Əhmədovun icraatında olan iş üzrə hazırlıq iclası sentyabrın 27-də keçiriləcək.
Qeyd edək ki, hadisə bu il iyulun 15-də paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospektində baş verib.
Həmidov Rizvan Rza oğlu idarə etdiyi "Lexus" markalı avtomobillə Hava Limanından "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olarkən Bakı Olimpiya Stadionunun yaxınlığında idarəetməni itirərək qarşıda onunla eyni istiqamətdə hərəkət edən Yusubov Zamin İsməli oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobili vurub.
Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, sürücü Z.Yusubovun oğlu, 2006-cı il təvəllüdlü Yusubov Namiq Zamin oğlu ağır dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
R.Həmidova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










