Yerin altında da, üstündə də bitməyən TIXAC: Metroda yay rejimi lazımdırmı?

Yay mövsümündə Bakı metrosunda tətbiq edilən "yay rejimi" ictimaiyyət arasında müzakirə mövzusuna çevrilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hər il yay aylarında qatarlararası intervalların artırılmasının rəsmi izahı sərnişin axınının azalması ilə əsaslandırılsa da, reallıq bəzən fərqli mənzərə ortaya qoyur.
Metro rəhbərliyi tərəfindən irəli sürülən arqumentlərdən biri, yay aylarında tədris müəssisələrinin tətilə çıxması səbəbindən sərnişin sayının azalmasıdır. Eyni zamanda, metropolitenin ictimaiyyətə açıqlamasında qeyd olunur ki, yay qrafikinin tətbiq edilməsi ilə yanaşı, sərnişin axını üzrə daimi monitorinqlər aparılır. Ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılır və zərurət olduğu təqdirdə gün ərzində xəttə buraxılır.
Bu yanaşma isə birmənalı qarşılanmır. Çünki yay fəslində də Bakı şəhərində metrodan istifadə edən sərnişinlərin sayında, xüsusən də pik saatlarda, o qədər də ciddi azalma müşahidə olunmur. Ehtiyat qatarların xəttə buraxılması belə günün pik saatlarında metrodan rahat istifadəni təmin etmir.
Belə olan halda sual yaranır yay fəslində də, xüsusən günün pik saatlarında eynən qış rejimindəki kimi vaqonlara minib-düşmək problemi yaşanırsa, bu, metropolitenə yay rejiminin ləğv olunması məsələsi üzərində düşünməyə əsas vermirmi?
"Bakı Metropoliteni" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, yay rejiminin ləğv edilməsinə əsas yoxdur.
"Yay mövsümü ilə əlaqədar sərnişin sayında azalmalar müşahidə olunur və bu, yeni tədris mövsümünə qədər davam edəcək. Ənənəvi dövrdən fərqli olaraq yay mövsümü dövründə sərnişin axını və istiqamətləri dəyişkən olur və bununla əlaqədar çevik mexanizmlərin tətbiqi üçün zərurət yaranır.
Yay qrafikinin tətbiq edilməsinə baxmayaraq, Bakı metropolitenində sərnişin axını üzrə daimi monitorinqlər keçirilir. Ehtiyat qatarlarla müvafiq tənzimlənmə günün bütün saatlarında aparılır və zərurət olduğu təqdirdə xəttə buraxılır. Ehtiyat qatarların hər bir istiqamət üzrə xəttə buraxılması gündəlik nəzərə alınır.
Yay rejiminin ləğv edilməsinə əsas olmadığını aparılan monitorinqlər də əyani göstərir. Həmçinin sərnişindaşımada azalmanın daha sürətlə davam edəcəyi ilə bağlı proqnoz özünü doğruldub. Onu da əlavə edək ki, sərnişin sayının artmasının mümkünlüyü diqqətdə saxlanılaraq, qatarların hərəkət qrafikində dəyişikliyin çevik tətbiq olunması da istisna edilmir.
Son vaxtlar sərnişindaşımada kəskin azalmalar müşahidə olunur. Bununla bağlı statistik məlumatlar emal olunduqdan sonra sizə təqdim edilə bilər", - deyə məlumatda bildirilib.
Taksilər və sərnişinlər üçün VACİB QƏRAR: Gediş haqqı artacaq?
Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Bakının mərkəzində hərəkət məhdudlaşdırılacaq - Bu tarixədək
Bakıda "Land Rover"in sürücüsü həyəti özününküləşdirdi — FOTOLAR
Yeni ödənişli yolun məbləği ilə bağlı TARİF ŞURASINDAN AÇIQLAMA
Bəzi dövlətlər ikili standartlara görə BMT-dən çıxacaq – POLİTOLOQ
DTX-də peşə bayramı günü münasibətilə tədbir keçirilib - FOTO - VİDEO
Yağışda batan avtomobillərin zərərini KİM ÖDƏYƏCƏK? - AÇIQLAMA
Putinlə paşinyanın Paşinyan gərgin görüşü – Kreml Ermənistanı hədələyib? - Politoloqdan AÇIQLAMA
Bakıda 75 ilin binasındakı vəziyyəti memar İFŞA ETDİ - FOTOSESSİYA
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq










