Yol kənarındakı ağacı kəsib, yerində avtomobil dayanacağı qurublar - VİDEO

Bakıda yol kənarındakı ağacı kəsib yerində avtomobil dayanacağı qurublar. Son günlər sosial şəbəkələrdə bu məsələ geniş müzakirələrə səbəb olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacın təmir işi aparan yol idarəsi tərəfindən kəsildiyini iddia edir. Avtomobil Yolları Dövlət Agentliyi isə məsələdən xəbərsiz olduqlarını bildirir. İndi iki dövlət qurumu bir-birlərini ittiham edirlər.
Yol kənarındakı ağacı kəsib, yerində avtomobil dayanacağı qurublar.
Hadisə paytaxtın Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsi 23 ünvanında baş verib. Görüntüləri ərazidə olan şahidlərdən biri çəkərək sosial şəbəkələrdə paylaşdıqdan sonra məsələ ictimailəşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacın kəsilməsi ilə bağlı daxil olan şikayətə dərhal reaksiya verib və həmin ünvanda araşdırma aparıb. Nazirliyin mətbuat katibi İradə İbrahimova deyir ki, ağacın həqiqətən də kəsilməsi faktı təsdiqini tapıb.
Qeyd edək ki, ərazidə ağac kəsildikdən sonra iki obyektin qarşısında səki ensizləşdirilərək avtomobil dayanacağı qurulub. Obyekt sahiblərinin sözlərinə görə, onlar ərazidə dayanacağın qurulması ilə bağlı heç bir idarəyə müraciət etməyiblər. Amma artıq dayanacağın nəzarətçisi də var.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ittihamları ilə razılaşmır. Amma ərazidə onların əməkdaşları tərəfindən asfaltlanma işi aparıldığını təsdiq edir. Anar Nəcəfli deyir ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təşkil etmək üçün həmin yerdə xüsusi cibli dayanacaq salınıb.
Hər halda baş vermiş xoşagəlməz hadisə məhkəmədə araşdırılacaq. Ağacın kəsilməsinə görə fiziki şəxslər 2200, vəzifəli şəxslər 5 min, hüquqi şəxslər isə 35 min manat məbləğində cərimə ediləcək.
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO
Pakistanın vasitəçiliyi nəticə vermədi: ABŞ–İran xəttində gərginlik artır – POLİTOLOQ
Azərbaycanın tranzit əhəmiyyəti artır: Ağrı dağı ətrafı yollar... - EKSPERT










