Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV

Bakıda parklanma yerlərinin stul, vedrə, zəncir və digər əşyalarla tutulması halları sürücülər arasında narazılıq yaradan məsələlərdəndir. Bəzi şəxslər avtomobillərini park etmədən əvvəl əşyalarla yeri “saxlayaraq” digər sürücülərin həmin ərazidən istifadəsinə mane olurlar.
Avtosfer.az xəbər verir ki, belə halların qanunvericilikdə necə qiymətləndirildiyi və bu cür hərəkətlərə görə hansı məsuliyyətin nəzərdə tutulduğu maraq doğurur. Bəs küçədə parklanma yerini əşyalarla tutmaq qanunidirmi və vətəndaş belə hallarla qarşılaşdıqda hara müraciət edə bilər?
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, yolun heç bir hissəsi – həm hərəkət hissəsi, həm səki, həm yol çiyni, həm də velosiped yolu – hər hansı şəxs tərəfindən zəbt oluna bilməz:

"Orada hər hansı maneə yaradıla bilməz. Belə yerlər ümumi istifadə üçün açıqdır və hər zaman sərbəst hərəkət təmin olunmalıdır. Hətta dövlət qurumları, məsələn, Dövlət Yol Polisi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, müxtəlif məsələlər üzrə aidiyyəti qurumlar, bələdiyyələr və yerli icra hakimiyyətləri belə hallara nəzarət etməli, problem yarandıqda isə dərhal müdaxilə edərək maneələri aradan qaldırmalıdırlar. Yolda, yol hərəkəti hissəsində, səkidə və digər ərazilərdə texniki vasitələr və digər qurğular yalnız səlahiyyətli qurumlar tərəfindən müəyyən olunmuş standartlara və qanunvericiliyə uyğun şəkildə yerləşdirilə bilər. Kənar şəxslər oraya hər hansı nişan, dirək və digər vasitə qoya bilməzlər. Nəinki həmin ərazini zəbt etmək, hətta özbaşına hər hansı vasitə ilə məhdudlaşdırmaq da yolverilməzdir. Buna görə də məsuliyyət nəzərdə tutulur. Həmin şəxsin fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs olmasından asılı olaraq kifayət qədər ciddi cərimələr tətbiq edilə bilər. Həmçinin parklanma yerlərinin rezervasiya edilməsi, yəni “bura mənim yerimdir, burada avtomobilimi saxlayacağam” prinsipi ilə hərəkət etmək də qadağandır. Kiminsə həmin yerə əşya qoyması və ya zəncir bağlaması, “burada yalnız mən park edəcəyəm” deməsi də qanunla yol verilən hal deyil. Buna görə inzibati məsuliyyət nəzərdə tutulur. Bu məsələ İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində öz əksini tapır".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












