Yol polisi magistral yoldakı radara aydınlıq gətirdi - VİDEO

Magistral yolda yol polisinin görünməyən hissədə xidmət aparması sürücülərin narazılığına səbəb olub.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Bildirilib ki, Yevlax rayonu ərazisində xidmət aparan Yol Patrul Xidməti (YPX) avtomobili qamışlığın arxasında dayandığı üçün sürücülər tərəfindən görünmür. Nəticədə sürücülər nəzarət məntəqəsini əvvəlcədən fərq etmədiklərini və cərimə olunduqlarını bildirməklə yanaşı, bu cür xidmət üsulunu düzgün hesab etmədiklərini qeyd ediblər.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.az-a verilən məlumata görə, aparılmış müşahidələr göstərir ki, bəzi sürücülər yalnız stasionar radarların tətbiq olunduğu ərazilərdə sürət həddinə əməl edir, həmin əraziləri keçdikdən sonra isə yenidən yüksək sürətlə hərəkətə davam edirlər.
Bu isə bir çox ağır yol-nəqliyyat hadisələrinin məhz nəzarət vasitələrinin yerləşdiyi sahələrdən kənarda baş verməsinə səbəb olur.
"Məhz bu səbəbdən yollarda təhlükəsizliyin təmin olunması məqsədilə müvafiq yol nişanlarının tətbiq olunduğu ərazilərdə patrul avtomobillərində quraşdırılmış "i-patrul" sistemlərindən də aktiv istifadə olunur. Sürət həddinin aşılması halları yalnız xüsusi texniki vasitələrlə aşkar edilir və qayda pozan sürücülər barəsində elektron protokollar avtomatlaşdırılmış qaydada tərtib olunur. Bu proses texniki vasitələrin mərkəzi informasiya sisteminə birbaşa inteqrasiyası əsasında həyata keçirilir.
Nəzarət tədbirlərinin əsas məqsədi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, sürət rejiminə riayət olunmasının təşviqi və ağır yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır.
Sürücülərin diqqətinə bir daha çatdırırıq ki, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi naminə müəyyən edilmiş sürət həddinə və yol nişanlarının tələblərinə ciddi şəkildə əməl etmələri zəruridir", - deyə məlumatda vurğulanıb.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












