Yol qəzalarında ölənlərin yarısı piyadalardır - RƏQƏMLƏR

Azərbaycanda yol-nəqliyyat hadisələri ölüm və xəsarətlə nəticələnən əsas səbəblərdən biri olaraq qalır.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a bildirilib ki, bu ilin yanvar-iyun aylarında ölkədə baş verən yol-nəqliyyat hadisələrində 285 nəfər həyatını itirib.
Statistikaya əsasən, həlak olanların böyük əksəriyyəti əmək qabiliyyətli yaşda olan insanlardır. Belə ki, 25-64 yaş qrupunda 182 nəfər yol qəzasının qurbanı olub.
Diqqət çəkən digər məqam isə 65 yaş və yuxarı şəxslər arasında ölüm hallarının artmasıdır. Əgər ötən ilin ilk yarısında bu yaş qrupunda 37 nəfər həyatını itirmişdisə, bu il onların sayı 49 nəfərə yüksəlib. Bu artım yaşlı insanların yol hərəkətində daha həssas qrup olaraq qaldığını göstərir. Həyatını itirənlərin 225-i kişi, 60-ı isə qadın olub.
Statistikada ən diqqətçəkən göstəricilərdən biri piyadalarla bağlıdır. Bu ilin ilk altı ayında 131 piyada yol qəzalarında həyatını itirib.
Belə ki, 25-64 yaş arasında 84 piyada, 65 yaşdan yuxarı isə 34 piyada qəzalarda ölüb. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk yarısında 65 yaşdan yuxarı ölən piyadaların sayı 18 nəfər idi.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












