Yol qəzasının səbəbi: "Təkərli tabut" - VİDEO

ARB-24 kanalının “Peşəkar mübahisə” verilişində yol qəzasının səbəbi mövzusundan danışılıb.
Avtosfer.az xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, "Dekabrın ayının 27-si cənab prezident İlham Əliyev tərəfindən yol hərəkətinin təhlükəsizliyi ilə bağlı dövlət proqramının 1 ili tamam olur. Bu ilin 11 ayın ərzində 740 piyadavurma hadisə baş verib. İllik yekun isə yaxın günlərdə qeyd olunacaq təbii çox güman ki, bu da artıq gəlib 800-ə çatacaq. Bu isə ötən illə müqayisədə artım deməkdir. Ötən il 730 piyadavurma hadisəsi baş vermişdi.”
Verilişin digər qonağı ekspert Eldəniz Cəfərov isə bildirib ki, yol qəzaları görə Dövlət Yol Polisinin üzərinə böyük məsuliyyət düşür.
“Piyada keçidləri ilə bağlı məsələlərdə problemlər var. Biz görürük ki, keçidlərdə tələb olunan yol nişanları çox vaxt qoyulmur amma tək məlumat lövhəsi qoyulur. Amma piyada keçidinə 100 - 150 metr qalmış xəbərverici lövhədə qoyulmalıdır və bu da yol qəzalarına səbəb olur.”
Elməddin Muradlı onu da əlavə edib ki, tıxacın qarşısını almaq üçün avtomobilləşmənin qarşısını almağa çalışırlar. Aidiyyəti qurumların atdığı addımları belə təhlil edərdim ki, bank faizləri yüksək olsun, hamı maşın ala bilməsin, gömrük rüsumları baha olsun, ölkəyə avtomobil az gətirilsin və bununla tıxacı həll eləmək istəyirlər. Təbii ki, bu çıxış yolu deyil, dünya avtomobilləşmə dövrünə doğru gedir.
Eldəniz Cəfərov isə mövzu ilə bağlı bildirib ki, bununla avtomobilləşmənin və tıxacın qarşısını almaq istəyirlər guya avtomobillər çoxdur. Əhalinin sayına görə çox deyil.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












