Yol vergisindən toplanacaq vəsait artacaq

Azərbaycanda gələn il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə yol vergisi üzrə daxilolmaların azalacağı gözlənilir. Avtosfer.az Trend-ə istinadən məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb. Bu layihələrə əsasən, 2020-ci ildə dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə yol vergisi üzrə daxilolmaların 76 milyon manat olması nəzərdə tutulur. Bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 6 milyon manat və ya 7,3 faiz azdır. Azalmanın əsas səbəbi Azərbaycanın 2019-2021-ci illər üzrə təsdiq edilmiş yanacaq-enerji balansının proqnoz göstəricilərində ölkə daxilində istehsal olunan və daxili istehlaka yönəldilən avtomobil benzinin istehsal həcminin cari illə müqayisədə az proqnozlaşdırılmasının nəzərə alınması olub.
2020-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə yol vergisi üzrə daxilolmaların həcminin 45 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 13 milyon manat və ya 40,6 faiz çoxdur.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











