Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT

Yollarda iri və dərin çuxurlar həm avtomobillərin texniki vəziyyətinə, həm də hərəkət təhlükəsizliyinə ciddi təsir göstərə bilər. Xüsusilə yüksək sürətlə çuxura düşmək avtomobilin müxtəlif hissələrinin zədələnməsinə və sürücünün idarəetməni itirməsinə səbəb ola bilər.
Avtosfer.az xəbər verir ki, belə hallarda sürücülərin çuxurlara yaxınlaşarkən düzgün reaksiya verməsi və qəfil manevrlərdən çəkinməsi vacibdir. Bəs yollardakı dərin çuxurlar avtomobillərin hansı hissələrinə daha çox zərər vurur və sürücülər belə vəziyyətlərdə necə davranmalıdır?
Mövzu ilə bağlı qəza əleyhinə sürücülük kurslarının məşqçisi Aqil Rəhimov Avtosfer.az-a açıqlamasında bildirib ki, yollardakı iri və dərin çuxurlar avtomobilin asqı sisteminə böyük zərbə vura bilər:
.jpeg)
"Amma nəzərə almaq lazımdır ki, əvvəlki illərlə müqayisədə hazırda yollarda dərin çuxurlar və müxtəlif maneələr xeyli azalıb. Ümumilikdə yolların vəziyyəti yaxşıdır. 1970-80-ci illərlə müqayisə etsək, bu gün yolların vəziyyəti kifayət qədər yaxşıdır. Amma yenə də qəfil çuxurla qarşılaşdıqda sürücülər instinktiv olaraq manevr edirlər, yəni sükanı çevirərək çuxurdan yayınmağa çalışırlar. Lakin burada başqa təhlükələr də yarana bilər. Qarşıdan gələn avtomobillə toqquşmaq və ya yolun kənarında dayanan insanı vurmaq riski var. Ona görə də bu, o qədər də yaxşı variant deyil. Əslində, sürücü getdiyi yolları yadda saxlamalıdır. Bizdə çuxurlar az olsa da, yarandıqda bəzən bir-iki il həmin vəziyyətdə qalır. Sürücü hərəkət etdiyi yollardakı çuxurları yadda saxlamalıdır ki, əvvəlcədən tədbir görə bilsin, çuxura yaxınlaşarkən sürəti azaltsın və təhlükəsiz şəkildə onun yanından keçsin. Əgər bundan yayınmaq mümkün deyilsə, çuxurun avtomobilin ortasına düşməsinə çalışmaq, yəni təkərlərin birbaşa çuxura düşməsinin qarşısını almaq daha məqsədəuyğundur. Qəfil manevrlə çuxurdan yayınmağa çalışmaq, bir xətadan qaçaraq daha böyük təhlükə ilə qarşılaşmaq deməkdir. Bu, başqa avtomobilə çırpılmağa və ya yolu keçən, yaxud kənarda dayanan insanı vurmağa səbəb ola bilər. Ona görə də sürücülər çuxur gördükdə instinktiv və qəfil manevrlər etməməli, təhlükəsizliyi nəzərə alaraq hərəkət etməlidirlər".
Fatimə
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












