Yollarda tıxac və qəzaların sayını azaldan HƏLL YOLU - FOTO

Bir neçə dairəvi hərəkət adasının bir sistem daxilində birləşdirildiyi yol qovşaqları dünyanın müxtəlif ölkələrində nəqliyyatın idarə olunmasında uğurlu həllərdən biri hesab olunur. Avtosfer.az "Baku.ws"ə istinadən məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, bu tip qovşaqlar nəqliyyat axınlarının daha səmərəli təşkilinə, yolun buraxıcılıq qabiliyyətinin artırılmasına və hərəkətin təhlükəsizliyinin yüksəldilməsinə imkan yaradır.
Onun sözlərinə görə, beynəlxalq təcrübədə müxtəlif formalı dairəvi qovşaq modellərindən istifadə edilir:
![]()
"Bunlar arasında iki dairəvi adanın körpü və ya tunelin hər iki tərəfində yerləşdiyi qantel tipli qovşaqlar, bir-birinə yaxın iki dairəvi hərəkət adasından ibarət ikili qovşaqlar, eləcə də daha böyük nəqliyyat yüklənməsinə xidmət edən üçlü dairəvi qovşaqlar yer alır".
Ekspert qeyd edib ki, ən maraqlı həllərdən biri də "sehrli dairəvi qovşaq" adlandırılan modeldir. Bu sistemdə bir neçə kiçik dairəvi hərəkət adası vahid mexanizm kimi fəaliyyət göstərərək nəqliyyatın daha rahat hərəkətini təmin edir.
![]()
Rauf Ağamirzəyev vurğulayıb ki, belə qovşaqlar toqquşma nöqtələrinin sayını azaldır, işıqforlardan asılılığı minimuma endirir və əlavə yol tikintisinə ehtiyac olmadan hərəkətin təşkilini yaxşılaşdırır:
"Böyük Britaniya, Fransa və Niderland kimi ölkələrdə geniş tətbiq olunan bu yanaşma düzgün layihələndirmə sayəsində şəhərlərdə nəqliyyat sıxlığının azaldılmasına mühüm töhfə verir".
![]()
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












