Yollardakı ölüm ağacları niyə budanmır - SƏBƏB

Ötən ay Şəki Xan Sarayında 500 yaşı olan çinar ağaclarından birinin budağının qırılaraq turistlərin üzərinə düşməsi belə küləkli hava şəraitində ağacların budanması məsələsini xüsusilə gündəmə gətirib. Bu gün paytaxtın bir neçə ərazisində ağaclar uzun müddətdir ki, budanmır. Paytaxtın "20 Yanvar" metrostansiyasının yaxınlığından çəkdiyimiz bu kadrlar da onu deyir. Uzun müddətdir ki, budanmayan ağaclar aşaraq məhlədaxili yolda giriş-çıxışı kəsir. Buna bənzər digər vəziyyət isə Bakı Dövlət Universitetinin digər giriş qapısının qarşısına yaxın bir ərazidə müşahidə olunur. Həmin ərazidəki ağac uzun müddətdir ki, tamamilə aşağı doğru əyilmiş vəziyyətdə olsa da, təəssüflər olsun ki, bu məsələ kimisə narahat etməyib.
Avtosfer.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov sputnik-ə açıqlamasında bildirib ki, ağacların budanması üçün indiyədək Bakı Dövlət Universitetindən onlara hansısa müraciət daxil olmayıb. O bildirir ki, baş verə biləcək hadisələrin qarşısının alınması üçün onlara rəsmi müraciətin edilməsi vacibdir: "Bu gün ərzində bizə 15-dək rəsmi müraciət daxil olub".
Bu isə o deməkdir ki, rəsmi müraciət daxil olmazsa, hansısa ağac budanmayacaq.
Xatırladaq ki, xoşbəxtlikdən ötən gün baş verən belə bənzər hadisələrdə ölən olmasa da, xəsarət alanlar olub.
Belə ki, ötən gün Səhiyyə Nazirliyindən verilən xəbərə görə, güclü küləyin əsməsi nəticəsində Sumqayıtın 12-ci mikrorayon ərazisində ağac budaqlarının sınması 10 yaşlı qızın xəsarət almasına səbəb olub. Sumqayıt Şəhər Mərkəzi Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Məlumata görə, hazırda həmin xəstə xəstəxananın reanimasiya şöbəsindədir.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, ötən günkü hava şəraiti ilə əlaqədar olaraq ümumi xəstəxanalara 3 belə müraciət daxil olub. Xəsarət alanlardan ikisi evə buraxılıb.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










