Yolun hər iki tərəfində dayanacaq var, ancaq piyada keçidi yoxdur - VİDEO

Yolun hər iki tərəfində dayanacaq var, ancaq piyada keçidi yoxdur. Bu da piyadaların həyatı üçün real təhlükə yaradır. Söhbət paytaxtın Mərdəkan şosesiilə Qala-Pirallahı yolunun kəsişdiyi hissədən gedir.Problemdən Bakı Nəqliyyat Agentliyində də xəbərdardırlar.Qurumdan bildirilib ki,həmin ərazidə keçidin inşası nəzərdə tutulub. Avtobusdan düşən qadın qucağında körpə uşaqla yolu keçir. Üstəlik, həmin yolda avtomobillər saatda 120 km sürətlə hərəkət edir. Görüntülər Mərdəkan şosesi ilə Qala-Pirallahı yolunun kəsişməsindəndir. Burada olan piyadalar keçidin olmamasından əziyyət çəkirlər. Bu da bəzən onların həyatı bahasına başa gəlir.
Qeyd edək ki, yolun hər iki tərəfində avtobus dayanacağı var. Buna baxmayaraq ərazidə nə yeraltı, nədəki yerüstü keçid yoxdur. Piyadalar həmin əraziyə ən yaxın keçidin 2 kilometrlik məsafədə yerləşdiyini deyirlər. Bu səbəbdən də piyadalar həyatlarını təhlükəyə ataraq sürətlə şütüyən avtomobillərin arasından keçirlər. Ərazidə yaşayan sakinlər deyirlər ki, məsələ ilə bağlı aidiatı qrumlara dəfələrlə müraciət ediblər. Lakin onların müraciətləri nəticəsiz qalıb.. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, həmin ərazidə keçidin inşası nəzərdə tutulub.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










