Yük maşınlarından qanunsuz ehtiyat hissələri və siqaret aşkarlanıb - FOTO

Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata əsasən, yoxlama zamanı yük avtomobilinin alt hissəsində, nəqliyyat vasitəsi üçün nəzərdə tutulan ümumilikdə 6 adda 43 ədəd ehtiyat hissələri aşkar edilib.
Bundan başqa, "Samur" gömrük postunun idxal-nəzarət xəttinə Rusiya istiqamətindən daxil olan "DAF" markalı yük maşının "Belomorkanal" markalı papiroslar aşkarlanıb. Azərbaycan vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirən gömrükçülər, nəqliyyat vasitəsinin oturacağının altında, ön panelin və taxoqrafın arxasında ümumilikdə 50 qutu "Belomorkanal" markalı papirosların gizlədildiyini müəyyən ediblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Namiq
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












