Yükdaşıma şirkəti cərimələnib

Maliyyə Bazarlarına Nəzarət Palatası “HJ Truck Company” MMС-nin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, Nərimanov Rayon Məhkəməsi protokola əsasən, şirkəti 6325,7 manat (18605 ABŞ dollarının 20%-i miqdarında) cərimə edib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, 2017-ci ildə yaranan “HJ Truck Company” MMС yükdaşıma xidmətləri göstərən şirkətdir.
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti












