Yüksək vəzifəyə təyinat alan İbayev Misir Mərdanovun kürəkəni imiş

Xəbər verdiyimiz kimi,Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Bakı şəhəri Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Bakı şəhəri Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Avtosfer.az xəbər verir ki,yeni təyinat alan prokuror məşhur ailənin övladıdır.
Belə ki,Pərviz İbayev uzun müddət məhkəmə-hüquq sistemində çalışmış mərhum Mansur İbayevin oğludur.
Qeyd edək ki, M.İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.
Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının və Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.
O, bir sıra səs-küylü cinayətlərlə bağlı məhkəmə proseslərinə hakimlik edib.2024-cü ildə vəfat edib.
Oxu24.com-un əldə etdiyi məlumata görə,Pərviz İbayev keçmiş təhsil naziri Misir Mərdanovun kürəkənidir.
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO












