Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI

Azərbaycanda yumurta bazarında son günlər diqqətçəkən qiymət dəyişiklikləri müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, Azərbaycanda yumurta qiymətlərinin kəskin ucuzlaşması müşahidə olunur. Müxtəlif market şəbəkələrində sarı yumurtaların 3, ağ yumurtaların isə 1 qəpiyə təklif olunması barədə məlumatlar yayılıb.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, burada söhbət tələbatın azalmasından getmir:

"Əsas səbəb bazarda təklifin həddindən artıq çox olmasıdır. Görünür ki, istehsalçılar və təsərrüfatlar məhsulu saxlamaqda çətinlik çəkirlər. Bu səbəbdən də məhsulun xarab olmaması üçün onu daha aşağı qiymətə satmağa məcbur olurlar. Lakin belə vəziyyət arzuolunan deyil. Çünki qiymətlərin kəskin şəkildə aşağı düşməsi sahibkarlar üçün ciddi maliyyə itkiləri yaradır. Təklif tələbi üstələdikdə istehsalçılar zərərə işləmək məcburiyyətində qalırlar. Məhsulun saxlanması ilə bağlı problemlər də ucuz satışın əsas səbəblərindən biridir. İstehsalçılar məhsulun yararsız hala düşməsinin qarşısını almaq üçün onu maya dəyərindən aşağı qiymətə satmağa üstünlük verirlər".
İqtisadçı qeyd edib ki, bu proses uzunmüddətli olmur:
"Adətən belə hallardan sonra istehsalçılar növbəti dövrdə məhsul istehsalını azaldırlar. Nəticədə bazarda təklif azalır və müəyyən müddətdən sonra qiymətlər yenidən artmağa başlayır. Kəskin ucuzlaşmaların ardınca qiymətlərin bahalaşması bazar iqtisadiyyatında tez-tez müşahidə olunan prosesdir. İstənilən halda məhsulu satışa çıxaran tərəf onun keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verməlidir. Məhsulun qiymətinin nə qədər olmasından asılı olmayaraq, o, insan sağlamlığı üçün risk yaratmamalıdır. İstər 1 qəpiyə, istərsə də 100 manata satılsın, məhsul müəyyən olunmuş keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verməlidir. Qiymətin aşağı olması məhsulun keyfiyyətsiz və ya yararsız olması anlamına gəlmir. Əsas məsələ məhsulun xarab olmaması, istehlak üçün yararlı vəziyyətdə olması və minimum keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsidir".
Fatimə Dadaşova
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?
Xırdalanda tunel tikintisindən sonra növbəti addım nə olacaq? – EKSPERT












