Yunis Səfərov və digərlərinin cinayət işi icraata verilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov də daxil olmaqla 12 dəstə üzvünün cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində icraata verilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, cinayət işinə hakim Məhəmməd Bağırovun sədrlik etdiyi kollegiya baxacaq. Hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Cinayət işi üzrə Elmar Vəliyev və daha 5 nəfər zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq dekabrın 5-də baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Eyni yola iki başlanğıc nöqtə - Yol xəritələrində xaos
ChatGPT-dən istifadə edənlərə XƏBƏRDARLIQ: İşinizi itirə bilərsiniz
Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrlə bağlı məlumat yaydı
Bu yollarda təmir-bərpa işləri başa çatdı
Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə edilir - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Təcili yardım sürücülərinin qayda pozması ilə bağlı - TƏBİB-dən AÇIQLAMA - VİDEO
Nurgün Group dövlətə külli miqdarda borclandı - Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib?
Güclü yağış yağacaq, temperatur kəskin enəcək
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı - XƏBƏRDARLIQ
İmtahandan keçən taksi sürücülərin DİQQƏTİNƏ! - Sabahdan etibarən ...








