Zaqatalada qohumlar birlikdə 52 ədəd narkotik bitki becəriblər - FOTO

Zaqatala rayonunda narkotik tərkibli bitkilər becərən qohumlar saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin əkini ilə məşğul olmaqda şübhəli bilinən rayonun Aşağı Tala kənd sakinləri - 36 yaşlı Süleyman və 27 yaşlı Kənan Qurbanovlar, qonşuları, 28 yaşlı Səxavət Hümbətov saxlanılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək S.Qurbanova məxsus torpaq sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olublar. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 52 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI













