Zelenski: ABŞ-la dialoq aparılır, sülhə yaxınlaşmaq üçün təkliflər var

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoyulmasının vacibliyini bildirib.
Avtosfer.az xəbər verir ki, Zelenski bu barədə “X” səhifəsində ABŞ Prezidentinin müharibənin başa çatdırılması barədə çağırışına dəstək bəyanatında deyib.
“Şübhəsiz ki, Rusiyanın Ukraynaya və sağlam düşüncəyə qarşı bu müharibəsinə son qoyulmalıdır”, - o bildirib.
Zelenskinin sözlərinə görə, müharibənin ilk ilindən etibarən onun nəticələri genişmiqyaslı olub. O, çoxsaylı insan tələfatını, şəhər və kəndlərin dağıdılmasını, ərzaq təhlükəsizliyi və enerji sahəsində yaranan problemləri, həmçinin avtonom PUA-lar da daxil olmaqla texnologiyanın və zərbə imkanlarının sürətli inkişafını qeyd edib.
“Bu müharibənin hər yeni həftəsi, xüsusən də hər yeni ili getdikcə daha çox problem yaradır”, - Ukrayna Prezidenti bildirib.
Zelenski qeyd edib ki, Ukrayna müharibənin ilk dəqiqələrindən sülhə can atıb və müharibəyə son qoymaq, təhlükəsizliyi təmin etmək və Rusiyanın yeni hücumlarının qarşısını almaq üçün onlarla diplomatik təklif irəli sürüb.
Onun sözlərinə görə, hazırda ABŞ Prezidenti Donald Trampla və ABŞ tərəfi ilə dialoq aparılır. Eyni zamanda, sülhə yaxınlaşmaq üçün, o cümlədən gərginliyin ciddi şəkildə azaldılmasını nəzərdə tutan təkliflər mövcuddur.
“Ukraynanın enerji sektoru, kritik infrastrukturu və ərzaq ixracı Rusiya üçün hədəf olmaqdan çıxmalıdır. Bu, bizim tərəfdən də müvafiq deeskalasiya addımlarına gətirib çıxaracaq”, - Zelenski deyib.
Ukrayna Prezidenti həll yollarının mümkün olduğunu və ölkəsinin bunun üzərində işləməyə hazır olduğunu bildirib. O, bu məsələlərin Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində tərəfdaşlarla müzakirə ediləcəyini qeyd edib.
Zelenski həmçinin vurğulayıb ki, müharibənin nəticələri yalnız hücuma məruz qalan ölkə ilə məhdudlaşmayacaq.
“Artıq belə olmayacaq ki, yalnız hücuma məruz qalan ölkə əziyyət çəksin. Müharibənin xarakteri indi elədir ki, təcavüzkar da əziyyət çəkəcək. Texnologiya bunu mümkün edir”, - o əlavə edib.
Zelenskinin fikrincə, dövlətlərin liderliyinin gücü deeskalasiya, təhlükəsizlik və sülhün təmin olunmasına xidmət edə bilər və etməlidir.
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”











