Zelenskinin Azərbaycanla bağlı təklifinə Moskvadan reaksiya

Rusiya Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitə sədrinin müavini Vladimir Cabarov ölkəsinin ABŞ və Ukrayna ilə danışıqları Azərbaycanda aparmağa razı ola biləcəyini bəyan edib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Cabarov "Podyom" nəşrinə verdiyi açıqlamasında Bakının bu proses üçün əlverişli məkan olduğunu vurğulayıb:
"Bura münasib yerdir, hazırda Azərbaycanla çox yaxşı münasibətlərimiz var. Əgər Azərbaycan tərəfi danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, hesab edirəm ki, bizim nümayəndə heyətimiz tam arxayınlıqla Azərbaycana gedə bilər".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ və Rusiya ilə üçtərəfli danışıqları Azərbaycanda keçirməyə hazır olduğunu bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı V. Zelenski əvvəlki görüş formatlarını xatırladaraq Bakının vasitəçilik imkanlarını yüksək qiymətləndirib:
"Bizim üçtərəfli və digər formatlarda danışıqlarımız olub. Onların bir hissəsi Türkiyədə keçirilib, daha sonra amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşmüşük. Əgər Rusiya tərəfi də diplomatiya yolunu seçərsə, biz danışıqlarımızı Azərbaycanda aparmaq istərdik".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












